Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir Qurum bu məqsədlə tender elan edib
Maliyyə
8 İyul , 2017 15:50
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir
Report

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması məqsədi ilə açıq tender elan edib.

“Report” Tender Komissiyasına istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 9-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 18-nə qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər qurumun Hüquq Departamentinin əməkdaşı Elvin Şirdanov və İnzibati işlər Departamentinin əməkdaşı Ceyhun Səmədovdur. Telefon: (012) 493 11 22, daxili müvafiq olaraq 429 və 599.

Tender proseduru avqustun 21-də, saat 15:00-da qeyd olunan ünvanda keçiriləcək. Sığorta xidmətlərinin müddəti 1 ildir. Xidmətin göstərilməsinə əsas vəsaitlər və nağd pul üzrə bu il noyabrın 1-dən, nəqliyyat vasitələrinin icbari sığortası üzrə isə gələn il yanvarın 25-dən başlanılır. Təkliflər qiymət, sığorta şərtləri, franşiza (azadolma) məbləği, təkrarsığortaçıların reytinqi kimi amillər əsasında qiymətləndiriləcək. 

Son xəbərlər

Orphus sistemi