Yuxarı

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Transformasiya Planı hazırlayacaq

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Transformasiya Planı hazırlayacaq

1247

© Report

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonuna, gələn ilin əvvəlinə Rəqəmsal Transformasiya Planı hazırlayacaq.

“Report” xəbər verir ki, bu barədə qurumun İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Osmanov məlumat verib.

O, bu barədə Bakıda keçirilən “Blokçeyn texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda danışıb.

“Bu gün 8 böyük kredit təşkilatının və 10-dan çox dövlət qurumunun nümayəndələri ilə bir masa arxasına gəlmişik. Daim müzakirələr aparılır. Dövlət məlumatlarının bank sektoruna çatdırılması yolları, funksional və konsensus modelləri hazırlanır. Həmin qurumlarla birgə çalışırıq ki, bu ilin sonuna, gələn ilin əvvəlinə Rəqəmsal Transfarmasiya Planı hazırlayaq. Bu planda innovativ texnologiyaların DATA sektoruna tətbiqi və inteqrasiyası kimi məsələlər öz əksini tapacaq”, - deyə AMB rəsmisi qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi