Azərbaycan Mərkəzi Bankı "qara siyahı"ya daha bir şəxsi əlavə edilib

Azərbaycan Mərkəzi Bankı "qara siyahı"ya daha bir şəxsi əlavə edilib Bu, Səudiyyə Ərəbistanı və Qətər vətəndaşı Nayef Salam Muhammad Ujaym Al-Hababidir
Maliyyə
30 Mart , 2016 10:06
Azərbaycan Mərkəzi Bankı qara siyahıya daha bir şəxsi əlavə edilib

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “əl-Qaidə” Sanksiya Komitəsinin 23 fevral 2016-cı il tarixində qəbul edilmiş qərarına uyğun olaraq, martın 28-də Ümumi Siyahını yeniləyib. "Report"un məlumatına görə, siyahıya Səudiyyə Ərəbistanı və Qətər vətəndaşı olan, 1980-ci il təvəllüdlü Nayef Salam Muhammad Ujaym Al-Hababinin adı əlavə edilib.

Qeyd edirik ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq, müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Ümumi Siyahının son versiyası AMB yanında Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (www.fiu.az/aze/umumi-siyahi) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.

Xatırladaq ki, AMB siyahısını Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycanın qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası"na əsasən yeniləyir.

Son xəbərlər

Orphus sistemi