​Azərbaycan Mərkəzi Bankı məzənnə çevikliyini artımaq niyyətindədir

​Azərbaycan Mərkəzi Bankı məzənnə çevikliyini artımaq niyyətindədir AMB üzən məzənnəyə tədricən keçmək niyyətindədir
Maliyyə
14 May , 2015 13:44
​Azərbaycan Mərkəzi Bankı məzənnə çevikliyini artımaq niyyətindədir

Bakı. 14 may. REPORT.AZ/ "Azərbaycandakı iqtisadi subyektlər yeni rejimə adaptə olmalıdır. Məzənnə çevikliyini daha da artımaq niyyətindəyik". "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankı Pul siyasəti Deparetamentinin direktoru Azər Ələsgərov bildirib.

"Gələcəkdə üzən məzənnəyə keçmək niyyətimizi bildirmişik. Bunun da əsas şərti valyuta bazarında təklif kanallarının diversifikasiyasıdır. Məzənnənin kəskin dəyişikliyinə qısa müddətdə keçmək məqsədəuyğun deyil. Üzən məzənnəyə tədricən keçmək niyyətindəyik. Bu il bu istiqamətdə vacib addımlar atılıb. Dollara bağlılıqdan səbət rejiminə keçdik. Hazırda iqtisadi subyektlər yeni rejimə adaptə olmalıdır. Biz məzənnə çevikliyini daha da artırmaq niyyətindəyik", - deyə AMB rəsmisi vurğulayıb.

Qeyd edək ki, 16 fevral 2015-ci il tarixindən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçilib. Məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edir. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək.

Son xəbərlər

Orphus sistemi