Yuxarı

Azərbaycan Mərkəzi Bankı mənfəətini 9 dəfə artırıb - YENİLƏNİB

Qurumun gəlirlərinin formalaşmasında Azərbaycan Dövlət Neft Fondundan transfertlər böyük rol oynayıb
© Report

İlk xəbər saat 16:52-də verilib

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) cəmi aktivləri bu il yanvarın 1-nə 22 635,554 mln. manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,5% azdır.

AMB-nin aktivlərinin 5 389,626 mln. manatını pul vəsaitləri və onların ekvivalentləri (illik müqayisədə 8,4% az), 6 250,456 mln. manatını ticarət qiymətli kağızları (48,4% çox), 10 063 254 mln. manatını ticarət qiymətli kağızları (4,4% az), 400,869 mln. manatını isə banklara verilmiş kreditlər (90,1% az) təşkil edib.

2017-ci ildə qurumun cəmi öhdəlikləri 8% azalaraq 18 122,382 mln. manata, cəmi kapitalı isə 23,15% azalaraq 4 513,172 mln. manata düşüb.

Ötən il AMB-nin faiz gəlirləri 159,08 mln. manat (əvvəlki ilə nisbətən 43,65% az), faiz xərcləri 282,126 mln. manat (9,4% çox), haqq və komissiya gəlirləri 14,126 mln. manat (2,3 dəfə çox), haqq və komissiya xərcləri 3,871 mln. manat (27,7% çox), Azərbaycan Dövlət Neft Fondundan transfertlər 3 949,485 mln. manat (əvvəlki il olmayıb), ticarət qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 28,859 mln. manat (əvvəlki il zərər olub), satış üçün mövcud olan qiymətli kağızların realizasiyası üzrə xalis zərəri 3,403 mln. manat (54,1% az), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 14,726 mln. manat (əvvəlki il gəlir olub), restruktizasiya edilmiş kreditlərin ədalətli tanınması üzrə zərəri 29,848 mln. manat (əvvəli il olmayıb), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 204,006 mln. manat (əvvəlki il gəlir olub), xarici valyuta əməliyyatları üzrə xalis gəliri 3,987 mln. manat (63,4% az), sair əməliyyat gəlirləri 2,467 mln. manat (36,8% çox), dəyərsizləşmə üzrə xərcləri 42,013 mln. manat (91,2% az), inzibati və sair əməliyyat xərcləri isə 64,558 mln. manat (9,2% çox) təşkil edib.

Son nəticədə qurum 2017-ci ili 3 513,453 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 8,75 dəfə çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi