Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına manatla vəsait ayıracaq

Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına manatla vəsait ayıracaq BVF-nin ölkə rəhbəri Raca Almarzoqi: "İkinci yarımillikdə ÜDM sürətlə artacaq"
Maliyyə
8 İyun , 2015 16:36
Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına manatla vəsait ayıracaq

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) iqtisadiyyata kredit qoyuluşlarını stimullaşdırmaq üçün kommersiya banklarına manatla vəsait ayıracaq. Bunu "Report"a ekskluziv açıqlamasında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə rəhbəri Raca Almarzoqi (Raca Almarzoquie) bildirib. 

"Mərkəzi Bank iqtisadiyyata kredit qoyuluşu üçün özəl banklara manatla vəsait ayıracaq və bu vəsaitlə valyuta alınmasına icazə verilməyəcək. Buna görə də ilin ikinci yarısında ÜDM artımı sürətlənəcək və ilin axırına 66 mlrd. manat olacaq. Baxmayaraq ki, bu ilin ilk 4 ayında ÜDM 16 mlrd. manat təşkil edib", - R.Almarzoqi qeyd edib.

Son xəbərlər

Orphus sistemi