​Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına göstəriş verib

​Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına göstəriş verib Avropa Oyunları ilə bağlı bəzi tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb
Maliyyə
20 May , 2015 10:44
​Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına göstəriş verib

Bakı. 20 may. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunları zamanı ölkədəki bankomat və POS-terminal şəbəkəsinin stabil fəaliyyətinin təmin olunması məqsədi ilə Mərkəzi Bankda (AMB) ekvayrinq xidməti göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib. Bu barədə "Report"a AMB-nin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə beynəlxalq idman tədbiri zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminalların fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması üçün bank rəhbərlərinə xüsusi tapşırıq verilərək, bəzi istiqamətlərdə tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Tapşırıqlara görə, bankomat şəbəkəsi kifayət qədər milli və xarici valyutada nağd pul vəsaitləri ilə təchiz edilməli, həmçinin, texniki baxımdan daima işlək vəziyyətdə olmasının mütəmadi olaraq monitorinqi aparılmalı, tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində işləyən satıcılar POS-terminallardan istifadə qaydaları barədə məlumatlandırılmalı, tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daima işlək vəziyyətdə olması üçün monitorinq aparılmalıdır.

Bununla yanaşı, həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsi məqsədi ilə hər bir kommersiya bankında rəhbərlik səviyyəsində məsul şəxslərin ayrılması tapşırıldığı deyilir.

Son xəbərlər

Orphus sistemi