Azərbaycan Mərkəzi Bankı hərraca çıxardığı notların yarısını sata bilməyib

Azərbaycan Mərkəzi Bankı hərraca çıxardığı notların yarısını sata bilməyib Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100266S dövlət qeydiyyat nömrəli, 300 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
13 Dekabr , 2017 17:43
Azərbaycan Mərkəzi Bankı hərraca çıxardığı notların yarısını sata bilməyib
Report

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100266S dövlət qeydiyyat nömrəli, 300 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 11 investor qiyməti 98,8472 manat (14,99%) – 99,2278 manat (10,01%) olan 14 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147 357 600 manat olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8472 manat (14,99%), orta ölçülmüş qiyməti 99,0443 manat (12,41%) müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 10 yanvar 2018-ci ildir. 

Son xəbərlər

Orphus sistemi