Yuxarı
    Bağlamaq

    Azərbaycan Mərkəzi Bankı hərraca çıxardığı bütün notları sata bilməyib

    © Report

    Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100466S dövlət qeydiyyat nömrəli, 350 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

    “Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 14 investor qiyməti 98,8472 manat (14,99%) - 99,075 manat (12%) olan 16 sifariş təqdim edib.

    Sifarişlərin nominal qiymətlə ümumi məbləği 348 338 800 manat olub. AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8472 manat (14,99%), orta ölçülmüş qiyməti 98,9009 manat (14,29%) müəyyən edilib.

    Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 350 mln. manat təşkil edib. Notların ödəmə tarixi 24 yanvar 2018-ci ildir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi