Yuxarı
    Bağlamaq

    Azərbaycan Mərkəzi Bankı dollar tələbatının 28%-ni təmin edib

    Sabah rəsmi məzənnənin 1,57 AZN/USD-yə kimi yüksələcəyi proqnozlaşdırılır

    Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirdiyi valyuta hərracında kommersiya banklarının ABŞ dollarına faktiki tələbatı əvvəlki hərraca nisbətən 28 mln. dollar və ya 11% azalaraq təxminən 215 mln. dollar təşkil edib.

    "Report"un məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, bankların dollara olan tələbatının bu dərəcədə yüksək olmasına baxmayaraq, AMB bugünkü hərracda cəmi 60 mln. dollarlıq valyuta kütləsi satıb və faktiki olaraq real tələbatı 28% səviyyəsində təmin edib.

    Qeyd edək ki, bundan öncə, fevralın 26-də keçirilən əvvəlki hərracda kommersiya banklarının valyutaya faktiki tələbatı 243 mln. dollar olsa da, AMB bunun yalnız 20,6%-ni (50 mln. dollar) təmin edib. Bu səbəbdən fevralın 29-na dolların rəsmi məzənnəsi 1,5655 AZN/USD müəyyən edilib ki, bu da gündəlik 0,20% artım deməkdir. Fevralın 26-də isə rəsmi məzənnə 1,5624 AZN/USD olub.

    "Report"un analitik qrupunun təhlilləri göstərir ki, AMB artıq yumşaq devalvasiya siyasətinə başlayıb və sabah, martın 1-nə məzənnənin əvvəlki günlərdə olduğu kimi təxminən 0,2-0,3% artaraq 1,5690-1,5700 AZN/USD olacağı proqnozlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi