Yuxarı

Azərbaycan Mərkəzi Bankı bu ilin yekununda ölkədə inflyasiyanın 3-4% təşkil edəcəyini proqnozlaşdırır

Azərbaycan Mərkəzi Bankı bu ilin yekununda ölkədə inflyasiyanın 3-4% təşkil edəcəyini proqnozlaşdırır
© Report

Bakı. 30 oktyabr. REPORT.AZ/ “Bu ilin ilk 9 ayında ölkədə orta illik inflyasiya 2,6% təşkil edib ki, bu da Azərbaycan Mərkəzi Bankının (AMB) qiymət artımı üzrə hədəf dəhlizindən (6-8%) aşağıdır”.

"Report"un verdiyi xəbərə görə, bunu AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda AMB bu ilin yekununda ölkədə inflyasiyanın 3-4% təşkil edəcəyini proqnozlaşdırır”, - deyə o, qeyd edib.

Ölkənin baş bankiri həmçinin deyib ki, uçot dərəcəsinin gələcəkdə dəyişdirlməsi proqnozlaşdırılan inflyasiyanın elan edilmiş hədəf intervalına uyğunluğundan asılı olacaq.

“Biznes sektorunun inflyasiya gözləntiləri ticarət və xidmət sektorunda qiymət artımı gözləntilərinin azalması hesabına aşağı düşür. İstehlak qiymətlərinin cari dinamikası ev təsərrüfatlarının da inflyasiya gözləntilərinin stabillləşməsini şərtlədirir. Son makroiqtisadi proqnozlar inflyasiyanın bu ilin sonuna 3-4% səviyyəsində qərarlaşacağını göstərir”, - deyə E.Rüstəmov əlavə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi