Mərkəzi Bank Beynəlxalq Banka maliyyə dəstəyini 4 dəfə artırıb

Mərkəzi Bank Beynəlxalq Banka maliyyə dəstəyini 4 dəfə artırıb Qurum bankın problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan BOKT-un qiymətli kağızlarına 10 mlrd. manat pul qoyub
Maliyyə
4 May , 2017 17:32
Mərkəzi Bank Beynəlxalq Banka maliyyə dəstəyini 4 dəfə artırıb

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) qiymətli kağızlarına investisiyaları 4 dəfə artırıb.

Bu barədə “Report” AMB-nin illik hesabatına istinadən xəbər verir.

Hesabatda deyilir ki, 2016-cı ilin yekununda bu məqsədlə investisiya 10 mlrd. manat təşkil edib. Bu rəqəm 2015-ci ilin yekununda 2,5 mlrd. manat olub. 

Son xəbərlər

Orphus sistemi