Yuxarı
    Bağlamaq

    Azərbaycan Mərkəzi Bankı auditə hazırlaşır

    Bununla bağlı açıq tender elan olunub

    Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-2018-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq standrtlara uyğun illik auditinin keçirilməsi üçün açıq tender elan edib. "Report" xəbər verir ki, iştirakçılar müvafiq sənədləri martın 31-dək AMB-nin əsas inzibati binasına təqdim etməlidir.

    Tender prosedurası aprelin 12-də AMB-nin baş ofisində keçiriləcək.

    AMB-nin tender üzrə ən əsas tələblərindən biri iddiaçı şirkətin və audit heyəti rəhbərinin mərkəzi bankların auditində iş təcrübəsinin olması ilə bağlıdır. Qeyd edək ki, iştirak haqqı kimi 200 manat məbləğində vəsait ödənilməlidir.

    Tenderin nəticəsi (tenderin qalibi) Azərbaycan Prezidenti tərəfindən təsdiq edildikdən sonra elan ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi