Azərbaycan ​Mərkəzi Bankı yeni sığortaçı axtarır

Azərbaycan ​Mərkəzi Bankı yeni sığortaçı axtarır Şirkət noyabrın 27-dən başlayaraq bir il müddətinə xidmət göstərəcək
Maliyyə
1 Avqust , 2016 10:20
Azərbaycan ​Mərkəzi Bankı yeni sığortaçı axtarır

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) öz əməkdaşlarının tibbi sığortalanması üzrə açıq tender keçirir. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, şirkət noyabrın 27-dən başlayaraq bir il müddətinə xidmət göstərməlidir.

İddiaçı tender təklifi və tender təklifinin bank təminatını sentyabrın 14-ü saat 18.00-dək, digər tələb olunan sənədləri isə ən geci sentyabrın 1-i saat 18.00-dək AMB-nin Bakı şəhəri, R.Behbudov küçəsi,32 ünvanda yerləşən inzibati binasına təqdim etməlidir. İştirak haqqı 150 manatdır.

Tender proseduru sentyabrın 15-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi