Azərbaycan Mərkəzi Bankı məzənnə siyasətini dəyişib

Azərbaycan Mərkəzi Bankı məzənnə siyasətini dəyişib Məzənnə siyasətinin dollar-avro səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib
Maliyyə
16 Fevral , 2015 12:17
Azərbaycan Mərkəzi Bankı məzənnə siyasətini dəyişib

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 16-dan etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib. "Report"un verdiyi xəbərə görə, bu barədə AMB-nin yaydığı məlumatda bildirilir. 

"Məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək", - deyə AMB-nin rəsmi bəyanatında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi