Azərbaycan MDB ölkələrindən idxalı artırıb

Azərbaycan MDB ölkələrindən idxalı artırıb Azərbaycandan MDB ölkələrinə ixrac isə illik müqayisədə 54% azalıb
Maliyyə
2 Mart , 2015 17:07
Azərbaycan MDB ölkələrindən idxalı artırıb

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycandan MDB ölkələrinə ixrac illik müqayisədə 54,3% azalaraq 2015-ci ilin yanvar ayında 35,6 mln. ABŞ dolları olub. Bu müddətdə Azərbaycana MDB ölkərindən idxal isə 10,4% artaraq 136,8 mln. dollara çatıb.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, beləliklə, MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 2 dəfədən çox artaraq 46,1 mln. dollardan 101,2 mln. dollara qalxıb. Cari ilin yanvar ayında ölkə üzrə məcmu ixracın 2,79%-i, idxalın isə 23,83%-i MDB ölkələrinin payına düşüb.

MDB ölkələri ilə ixrac əməliyyatlarında əsas paya malik olan Rusiyaya ixrac bu müddətdə 58,64% azalaraq 27,2 mln. dollar, idxal isə 21,69% artaraq 97,2 mln. dollar olub.

Ümumiyyətlə, yanvarda Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi əvvəlki illin müvafiq dövrü ilə müqayisədə 23,05% azalaraq 1,852 mlrd. dollar təşkil edib. Bu müddətdə idxal 7,16% artaraq 574,2 mln. dollar, ixrac 31,7% azalaraq 1,278 mlrd. dollar olub. Beləliklə, xarici ticarət dövriyyəsində 703,6 mln. dollarlıq müsbət saldo yaranıb.

Məlumata əsasən, hesabat ayında 3 251 çeşiddə mal idxal, 516 çeşiddə mal ixrac olunub.

Son xəbərlər

Orphus sistemi