Yuxarı
    Bağlamaq

    Azərbaycan MDB-nin qiymətli kağızlar bazarının tənzimlənməsi Şurasının iclasında iştirak edir

    Azərbaycan növbəti dövr üçün quruma sədrliyi Tacikistana təhvil verəcək

    Bakı. 27 noyabr. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov MDB ölkələri qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə dövlət orqanlarının rəhbərləri Şurasının Tacikistanda keçirilən XIX iclasında iştirak edir.

    "Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, iclasda QKDK ilə yanaşı, MDB İcraiyyə Komitəsi və Birlik ölkələri qiymətli kağızlar bazarının tənzimlənməsini həyata keçirən qurumların nümayəndələri təmsil olunub.

    Tədbir 2014-cü il və 2015-ci ilin ilk yarısında MDB-yə üzv ölkələrin iqtisadi vəziyyəti və qiymətli kağızlar bazarlarının dinamikası üzrə məruzələrin, həmçinin qiymətli kağızlar bazarları sahəsində qanunvericiliyin müqayisəli təhlili, eləcə də Şuranın işi ilə əlaqəli texniki-təşkilati məsələlərin müzakirəsinə həsr edilib.

    MDB ölkələri qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə dövlət orqanlarının rəhbərləri Şurasının nizamnaməsinə uyğun olaraq Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi növbəti dövr üçün quruma sədrliyi Tacikistan Maliyyə Nazirliyinə təhvil verəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi