Maliyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb

Maliyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb Şuraya maliyyə nazirinin müavini Azər Bayramov başçılıq edəcək
Maliyyə
12 Fevral , 2016 14:11
Maliyyə Nazirliyində Apellyasiya Şurası yaradılıb

Bakı. 12 fevral. REPOPRT.AZ/ Azərbaycan Maliyyə Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

"Report"un Nazirliyə istinadən verdiyi xəbərə görə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqları və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya maliyyə nazirinin müavini Azər Bayramov sədr təyin olunub. 

Qeyd olunur ki, 7 nəfərdən ibarət Apellyasiya Şurasına Nazirliyin aparatının şöbə müdirləri, Katibliyə isə Nazirliyin məsul əməkdaşları daxildir.

Apellyasiya Şurası Bakı şəhəri Səməd Vurğun küçəsi,135 ünvanında – Maliyyə Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.

Qeyd edək ki, Şuranın yaradılması dövlət başçısının Azərbaycanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması ilə bağlı fərmanına uyğun həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi