Azərbaycanın maliyyə naziri fransalı həmkarı ilə görüşəcək

Azərbaycanın maliyyə naziri fransalı həmkarı ilə görüşəcək Parisdə Fransa-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçirilir
Maliyyə
13 Dekabr , 2016 14:50
Azərbaycanın maliyyə naziri fransalı həmkarı ilə görüşəcək

Bakı. 13 dekabr. REPORt.AZ/ Bu gün Parisdə Fransa-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının VIII iclası işə başlayıb. 

Bu barədə "Report"a Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

İclasda Hökumətlərarası Komissiyanın həmsədrləri, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Feklin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edir.

Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, yanacaq-energetika, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də ətraf mühitin mühafizəsi, mədəniyyət, təhsil, gənclər və idman sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib.

İclasda Azərbaycan ilə Fransa arasında xüsusi ilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olacaq.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol imzalanacaq.

Fransaya səfəri çərçivəsində S.Şərifovun bir sıra ikitərəfli görüşləri, o cümlədən Fransanın maliyyə naziri Mişel Sapen ilə görüşü nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi