Yuxarı

Azərbaycan bu il xalis maliyyə aktivlərini 600 milyon dollara yaxın artırıb

Azərbaycan maliyyə aktivlərini 600 milyon dollara yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 590,3 milyon ABŞ dolları artıb. 

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Məlumata görə, artım xaricə yönəldilmiş birbaşa investisiyalar (1 665,1 milyon dollar), portfel investisiyaları (299,1 milyon dollar) və digər investisiyalar (-1 373,9 milyon dollar) hesabına formalaşıb.

Hesabat dövründə Azərbaycanın xalis maliyyə öhdəlikləri isə 250,4 milyon dollar artıb. Bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (304,2 milyon dollar), neft bonusu (450,8 milyon dollar), portfel investisiyaları (-199,8 milyon dollar), törəmə maliyyə alətləri (-3,9 milyon dollar) və digər investisiyalar (-300,9 milyon dollar) hesabına formalaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi