Yuxarı

Azərbaycanda daha bir bank bağlanır

Mərkəzi Bank “Azərbaycan Kredit Bankı”nın lisenziyasını ləğv edib

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2015-ci il 10 iyul tarixli qərarı ilə məcmu kapitalın minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv edilib. 

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bank lisenziyasının ləğvi barədə qərar iyulun 16-da qüvvəyə minəcək.

Məlumat verildiyi kimi, iyulun 13-də AMB tərəfindən “Azərbaycan Kredit Bankı”na təyin olunmuş müvəqqəti inzibatçı Bankda idarəetməni həyata keçirir.

AMB bir daha bildirir ki, “Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün Bankda yetərli likvid vəsaitlər mövcuddur. Hazırda Bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi