Yuxarı
    Bağlamaq

    Azərbaycan islam maliyyələşməsi üzrə konfransa ev sahibliyi edəcək

    Bu il qlobal islam maliyyələşməsinin həcmi 17% artaraq 2,7 trln. dollara çatacaq

    Bakı. 10 fevral. REPORT.AZ/ Bu il Azərbaycanda islam maliyyələşdirilməsinə dair beynəlxalq konfrans keçiriləcək. 

    “Report” xəbər verir ki, bu barədə “Al-Huda” İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi (Al-Huda Centre of Islamic Banking and Economics – CIBE) məlumat yayıb.

    Məlumata görə, “Al-Huda” mart ayından etibarən Afrika və Mərkəzi Asiya ölkələrində islam maliyyələşdirilməsi ilə bağlı tədbirlərə başlayacaq. Martda Tanzaniyada start götürəcək tədbirlər ümumilikdə 8 Afrika və 5 Mərkəzi Asiya ölkəsini əhatə edəcək. Bu çərçivədə cari ilin aprelində Qazaxıstanda islam maliyyələşdirilməsi ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılır. 

    “Roadshow” adlanan silsilə konfranslar çərçivəsində neft qiymətlərinin ucuzlaşması, “ərəb baharı”, islam bankçılığı və maliyyələşməsi sahəsində trendlər və problemlər müzakirə ediləcək. Mərkəzi Asiya ölkələri sırasında Qazaxıstanla yanaşı Tacikistan, Özbəkistan, Qırğızıstan və Azərbaycanın da adı yer alıb. Qeyd edək ki, Azərbaycanda keçiriləcək tədbirin vaxtı hələ müəyyənləşdirilməyib.

    Məlumata görə, bu il islam maliyyələşməsinin həcmi 17,39% artırılaraq 2,3 trln. dollardan 2,7 trln. dollara çatdırılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi