Yuxarı
    Bağlamaq

    Azərbaycan iqtisadiyyatının normal inkişaf 15-20 mlrd. manatlıq kreditləşməyə ehtiyac var

    ​Turizm, kənd təsərrüfatı ticarət və xidmət sektorunda kreditləşməyə ehtiyac daha yüksəkdir

    Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatının normal inkişaf üçün kredit resurslarına tələbatı 15-20 mlrd. manat təşkil edir. "Report"un verdiyi xəbərə görə, bunu ARPA-nın Risk Ekspertlər Qrupunun sədri Elman Sadıqov deyib: "Azərbaycanda real sektorun krediləşməyə ehtiyacı var".

    "Vəsaitin əldə olunası asandır. Həm Azərbayandakı ehtiyatları, həm də banklardan kənardakı pulları nəzərə alsaq, 15-20 mlrd. manat böyük məbləğ deyil. Həmçinin, ölkənin borclanma imkanları çox olduğu üçün 15-20 mlrd. manatı tapmaq çətin deyil. Əsas məsələ onun real sektorda düzgün yerlədirilməsidir. Bunun 80-90%-i real sektora effektiv yönləndirilməlidir. Xüsusən də Azərbaycanda turizm, kənd təsərrüfatı, ticarət və xidmət sektorunda kreditləşməyə ehtiyac var", - deyə ekspert qeyd edib.

    E.Sadıqov əlavə edib ki, hazırda Azərbaycanda işlək kreditlərin həcmi 9-10 mlrd. manat həcmindədir: "Çünki avtokreditlər, istehlak kreditləri iqtisadiyyata dəyər qazandırmayan resurslardır".

    Qeyd olunub ki, 2014-cü ilin dekabr məlumatlarına əsasən, verilmiş kreditlərin ÜDM-ə nisbəti üzrə ölkələr arasında birinci yerdə 373,8%-lə Yaponiya olub: "Azərbaycanda isə bu göstərici 33,8% təşkil edib. Real sektora kreditləşmənin həcmi nə qədər yüksək olarsa, ölkənin iqtisadiyyatı da o qədər inkişaf etmiş olar".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi