​Azərbaycan iqtisadiyyatına xarici sərmayələr bu il 45% artıb

​Azərbaycan iqtisadiyyatına xarici sərmayələr bu il 45% artıb Xarici sərmayənin 89%-i əsas 8 ölkənin payına düşüb
Maliyyə
12 İyun , 2015 10:28
​Azərbaycan iqtisadiyyatına xarici sərmayələr bu il 45% artıb

Bakı. 12 iyun.REPORT.AZ/ Cari ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 2 625,3 mln. manat vəsait yönəldilib. Xarici investisiyaların həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 44,8% artım müşahidə olunub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 343,0 mln. manatı (89,3%-i) Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, İran, ABŞ, İsveç və Yaponiya sərmayədarlarına məxsus olub.

Xarici sərmayələrin 32,0%-i və ya 839,0 mln. manatı Böyük Britaniya, 14,1%-i və ya 370,5 mln. manatı Norveç, 13,8%-i və ya 363,3 mln. manatı Türkiyənin payına düşüb.

Qeyd edək ki, 2015-ci ilin yanvar-may aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 416,3 mln. manat vəsait yönəldilib, onun 76,9%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3,7%, tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitin həcmi 12,0%  artıb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi isə ümumi sərmayənin 59,1%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi