Bakı. 16 aprel. REPORT.AZ/ Cari ilin yanvar-mart aylarında xarici mənbələrdən əsas kapitala 1 464,4 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44,11% çoxdur.
"Report"un
Məhsul istehsalı obyektlərinin inşasına 2 279,4 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 953,4 mln. manat vəsait yönəldilib, ümumi sərmayənin 30%-i dövlət, 70%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 54,7%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2 293,4 mln. manat, bank kreditləri 82,9 mln. manat, büdcə vəsaitləri 651,7 mln. manat, büdcədənkənar fondların vəsaitləri 79,3 mln. manat, əhalinin şəxsi vəsaitləri 94,7 mln. manat, sair vəsaitlər 30,8 mln. manat olub.
Bu ilin ilk rübündə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 52%-i sənaye sahələrinin inkişafına, 16,3%-i tikintiyə, 7,0%-i nəqliyyat və anbar təsərrüfatına, 6,2%-i istirahət, əyləncə və incəsənətə, 4,3%-i dövlət idarəetməsinə, 3,2%-i informasiya və rabitəyə, 2,3%-i ticarətə, 2,1%-i kənd təsərrüfatına, 1,7%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara, 1,4%-i təhsilə, 1,2%-i səhiyyəyə, 0,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, 0,7%-i inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 0,5%-i maliyyə və sığorta fəaliyyətinə sərf edilib.