Yuxarı
    Bağlamaq

    Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi artıb

    Bankların iqtisadi inkişafda payı 12%-dən çoxdur

    Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi aylıq müqayisədə 0,2% bəndi artıb. 

    "Report" Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsaitin 12,4%-ni və yaxud 1 552,1 mln. manatını bank kreditləri təşkil edib. 

    Halbuki yanvar-sentyabr aylarında bank kreditlərinin xüsusi çəkisi 12,2% və yaxud 1 356,5 mln. manat olub. 

    İnvestisiyaya yönəldilmiş bank kreditlərinin məbləği son 1 ayda 14,4%, son 1 ildə isə 9,1% artıb. 

    Onu da qeyd edək ki, 10 ay ərzində Azərbaycanda əsas kapitala ümumilikdə 12 536,5 mln. manat və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3% az vəsait yönəldilib. Burada müəssisə və təşkilatların vəsaitləri 8 335,9 mln. manat, büdcə vəsaitləri 1 696,1 mln. manat, büdcədənkənar fondların vəsaitləri 174,2 mln. manat, əhalinin şəxsi vəsaitləri 679,9 mln. manat, sair vəsaitlər 98,3 mln. manat təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi