Yuxarı
    Bağlamaq

    Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu 14% artıb

    Daxili sərmayənin xüsusi çəkisi artıb

    Bakı. 14 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında Azərbaycanda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 093,7 mln. manat vəsait yönəldilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 258,8 mln. manat və ya 14% çoxdur.

    "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Ümumi sərmayənin 69,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

    Sərmayənin 1 503,3 mln. manatı neft sektoruna, 590,4 mln. manatı isə qeyri-neft sektoruna yönəldilib. İstifadə olunmuş vəsaitin 89,2%-i məhsul istehsalı obyektləri, 8,1%-i xidmət sahələri üzrə obyektlər, 2,7%-i isə ümumi sahəsi 209,1 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

    Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 32,9%-ini təşkil edib.

    Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 77,2%, bank kreditləri 11,4%, büdcə vəsaitləri 8,0%, əhalinin şəxsi vəsaitləri 2,7%, büdcədənkənar fondların vəsaitləri isə 0,7% təşkil edib.

    Xatırladaq ki, 2016-cı ilin yanvar-fevral aylarında əsas kapitala 1 834,9 mln. manat məbləğində vəsait yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 32,4%-ini təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi