​Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının azalması davam edir

​Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının azalması davam edir Devalvasiyanın təsirindən xarici valyutada kredit qoyuluşlarının həcmi manat ifadəsində 35% artıb
Maliyyə
9 Oktyabr , 2015 11:21
​Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının azalması davam edir

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşları 2015-ci il sentyabr ayının 1-nə 22 297,2 mln. manat təşkil edib. Bu, avqustun 1-nə olan analoji göstəricidən 31,9 mln. manat və ya 0,14% azdır.

Azərbaycan Mərkəzi Bankından "Report"a verilən məlumata görə, azalma bu ilin fevral ayından etibarən hər ay davam edib və martın 1-nə olan göstərici ilə müqayisədə kredit qoyuluşları sentyabrın 1-dək 278,5 mln. manat və ya 1,23% azalıb.

Qeyd edək ki, 2014-cü ilin sentyabrın 1-i ilə müqayisədə isə 3 161,6 mln. manat və ya 16,5% artım qeydə alınıb. Xarici valyutada iqtisadiyyata kredit qoyuluşları manatla ifadədə fevral ayından etibarən 35% artım göstərdiyindən, kredit qoyuluşlarında yaranan artımda manatın məzənnəsinin dəyişməsi öz effektini göstərib.

Son xəbərlər

Orphus sistemi