Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları kəskin azalıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları kəskin azalıb Bankların iqtisadiyyata kredit qoyuluşlarının xüsusi çəkisi 79%-ə enib
Maliyyə
9 Sentyabr , 2016 17:50
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları kəskin azalıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-cı il avqustun 1-nə 19 364 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi ilin əvvəlindən 5 263,2 mln. manat və ya 21,37%, iyulun 1-nə nisbətən 1 839,6 mln. manat və ya 8,68%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 2 965,1 mln. manat və ya 13,28% azalıb. Xatırladaq ki, məcmu kredit qoyuluşlarının strukturunda bank sektorunun yatırımları 15 371 mln. manat təşkil edib. Bank sektorunun iqtisadiyyata kredit qoyuluşunun məcmu kredit qoyuluşunda xüsusi çəkisi son bir ayda 81,44%-dən 79,38%-ə enib.

Ötən ilin dekabrında baş verən ikinci devalvasiya nəticəsində dollar kreditləri yanvarda məcmu kredit qoyuluşlarını artırıb. Lakin fevral-may aylarında kredit qoyuluşları azalma tendensiyasını davam etdirib. Buna səbəb kimi bank sektorunun kreditləşməni dayandırması və dövlət investisiya qoyuluşlarının azalması amili göstərilir. İyulun yekununda dolların məzənnəsinin artmasına baxmayaraq, iqtisadiyyata kredit qoyuluşunun həcminin azalması dövlət investisiyaları və bank kreditləşməsinin azalması ilə bağlı olub.

"Report"un analitik qrupu 2016-cı ilin sonuna qədər manatın məzənnəsində kəskin devalvasiya olmasa, iqtisadiyyata kredit qoyuluşlarında azalma tendensiyasının davam edəcəyini gözləyir.

Son xəbərlər

Orphus sistemi