Yuxarı
    Bağlamaq

    ​Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları azalıb

    Bu, cari ilin ən yüksək aylıq azalmasıdır

    Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşları 2015-ci il oktyabrın 1-nə 21 622,5 mln. manat təşkil edib. Bu, sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 674,7 mln. manat və ya 3% azdır.

    "Report"un Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi hesabata istinadən verdiyi xəbərə görə, bu, 2015-ci il ərzində baş verən ən yüksək həcmli aylıq azalmadır.

    İlin əvvəli ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 1 220,2 mln. manat və ya 6% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə artım 2 179,4 mln. manat və ya 11,2% olub.

    Qeyd edək ki, il ərzində iqtisadiyyata kredit qoyuluşlarında baş verən artımda manatın devalvasiyasının təsiri var. Çünki iqtisadiyyata kredit qoyuluşlarının bir hissəsi xarici valyutada həyata keçirilib. Milli valyutanın fevral devalvasiyası isə öz növbəsində həmin göstəricinin manat ekvivalentində artmasına səbəb olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi