Yuxarı

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 4% azalıb

Report: Azalmanın may ayında da davam etməsi gözlənilir

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-cı il mayın 1-nə 21 736,2 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi ilin əvvəlindən 2 844,7 mln. manat və ya 11,57%, aprelin 1-nə nisbətən isə 893,4 mln. manat və ya 3,94% azalıb. İqtisadiyyata kredit qoyuluşları keçən ilin analoji dövrü ilə müqayisədə 765,9 mln. manat və ya 3,4% artıb. 

Ötən ilin dekabrında baş verən ikinci devalvasiya nəticəsində dollar kreditləri yanvarda məcmu kredit qoyuluşlarını artırıb. Lakin fevral-aprel aylarında kredit qoyuluşları azalma tendensiyasını davam etdirib. Buna səbəb kimi bank sektorunun kreditləşməni dayandırması və dövlət investisiya qoyuluşlarının azalması amili göstərilir.

"Report"un analitik qrupu 2016-cı ilin may statistikasında iqtisadiyyata kredit qoyuluşlarının daha sərt azalacağını ehtimal edir: "Bunun səbəbi aprel ayında manatın məzənnəsinin dollarla müqayisədə möhkəmlənməsi və bankların kreditləşməni bərpa etməməsi ilə bağlıdır. Belə ki, milli valyutanın məzənnəsinin artması dollar kreditlərinin manat ekvivalentində dəyərini aşağı salıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi