Yuxarı

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 4% azalıb

İlin əvvəlindən isə bu sahədə 9%-lik artım qeydə alınıb

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-cı il mart ayının 1-nə 19 731,9 mln. manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit qoyuluşu fevralın 1-nə olan göstərici ilə müqayisədə 858,8 mln. manat və ya 4,17% azalıb. 

Qeyd olunur ki, yanvarın 1-i ilə müqayisədə kredit qoyuluşları 1 553,6 mln. manat və ya 8,5% artıb, 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 405,8 mln. manat və ya 2% azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi