Azərbaycan iqtisadiyyatına investisiyalarda kreditlərin həcmi artıb

Azərbaycan iqtisadiyyatına investisiyalarda kreditlərin həcmi artıb Kreditlərin məcmu sərmayələrdə xüsusi çəkisi isə 3,9%-dən 8,6%-ə yüksəlib
Maliyyə
16 İyun , 2016 17:31
Azərbaycan iqtisadiyyatına investisiyalarda kreditlərin həcmi artıb

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının strukturunda bank kreditlərinin həcmi ötən ilin eyni dövrünə nisbətən 85,2% artaraq bu ilin yanvar-may ayları ərzində 464,3 mln. manata çatıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə ölkə iqtisadiyyatına cəmi sərmayə qoyuluşunun 8,6%-ini kreditlər təşkil edib. Ötən ilin müvafiq dövründə isə kreditlərin cəmi vəsait qoyuluşunda xüsusi çəkisi 3,9% olub.

Hesabata əsasən, bu ilin yanvar-may ayları ərzində ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun 78,9%-i və ya 4 249 mln. manatı müəssisə və təşkilatların vəsaitləri, 8,9%-i və ya 479,3 mln. manatı büdcə vəsaitləri, 0,8%-i və ya 45,7 mln. manatı büdcədənkənar fondların, 2,7%-i və ya 147,5 mln. manatı əhalinin şəxsi vəsaitləridir. Bank kreditlərindən başqa digər vəsaitlərin həcmində illik müqayisədə azalma qeydə alınıb. Əhalinin şəxsi vəsatlərinin həcmi 11,5%, büdcədənkənar fondlar 58,3%, büdcə vəsaitləri 62%, müəssisə və təşkilatların vəsaitləri 28,9% azalıb. 

Son xəbərlər

Orphus sistemi