Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4% azalıb Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 238,2 mln. manat və yaxud əvvəlki illə müqayisədə 4,4% az vəsait yönəldilib.
Maliyyə
17 Yanvar , 2019 16:31
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4% azalıb

Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 238,2 mln. manat və yaxud əvvəlki illə müqayisədə 4,4% az vəsait yönəldilib. 

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sərf edilmiş vəsaitin 68%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. 

Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 22%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 23% artıb. Ümumi sərmayənin 67,6%-i məhsul istehsalı sahələrinin, 24,8%-i xidmət sahələrinin, 7,6%-i isə ümumi sahəsi 2084,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,7%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,7%, bank kreditləri 11%, büdcə vəsaitləri 25,8%, əhalinin şəxsi vəsaitləri 8,2%, büdcədənkənar fondların vəsaitləri 1,6%, sair vəsaitlər isə 0,7% təşkil edib.

Son xəbərlər

Orphus sistemi