Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 30% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 30% azalıb ​Cari ilin yanvar-iyun aylarında əsas kapitala 6769,6 mln. manat məbləğində vəsait yönəldilib
Maliyyə
14 İyul , 2016 14:03
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 30% azalıb

Bakı. 14 iyul. REPORT.AZ/ Cari ilin yanvar-iyun aylarında əsas kapitala 6769,6 mln. manat məbləğində vəsait yönəldilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,4% azdır. 

Məlumata görə, istifadə olunmuş vəsaitin 5653,8 mln. manatı (83,5%) məhsul istehsalı obyektlərinin, 836,9 mln. manatı (12,4%) xidmət sahələri üzrə obyektlərin, 278,9 mln. manatı (4,1%) isə ümumi sahəsi 767,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2512,2 mln. manatını (37,1%) daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 4663,7 mln. manatı (68,9%) bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər

Orphus sistemi