Yuxarı

Azərbaycan iqtisadiyyatı ötən il 0,1% artıb

Azərbaycan iqtisadiyyatı ötən il 0,1% artıb

Əhalinin hər nəfərinə düşən ÜDM 4 186 dollar olub

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə rezidentlər tərəfindən istehsal edilmiş ümumi daxili məhsul (ÜDM) əvvəlki illə müqayisədə 0,1% artaraq 70 135,1 mln. manata çatıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi ilkin məlumatlara əsasən, xəbər verir.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 205,0 manat, yaxud 4 186,3 ABŞ dolları təşkil edib.

Ötən il iqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunmuş əlavə dəyər 2016-cı ilə nisbətən 2,7% artıb, onun ÜDM-də xüsusi çəkisi 62,8% olub. Neft sektorunda əlavə dəyər 5,0% azalıb. Eyni zamanda qeyri-neft sənayesinin əlavə dəyərində 3,8% artım müşahidə olunub.

ÜDM-in 40,1%-i sənayedə, 10,4%-i ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 9,5%-i tikintidə, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,65-i informasiya və rabitə sahələrində, 16,4%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,3%-ini təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi