Azərbaycanda ÜDM-in həcmi 3% azalıb

Azərbaycanda ÜDM-in həcmi 3% azalıb Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın illik müqayisədə 32,3% azalması olub
Maliyyə
16 Sentyabr , 2016 10:47
Azərbaycanda ÜDM-in həcmi 3% azalıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38 027,8 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1% az ümumi daxili məhsul istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,3% azalması olub. 

Əlavə dəyərin 38%-i sənayedə, 11,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,4%-i tikinti, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9%-i informasiya və rabitə, 16,4%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3 953 manata bərabər olub.

Son xəbərlər

Orphus sistemi