Yuxarı

Azərbaycan iqtisadiyyatı 3,5% geriləyib

Bunun əsas səbəbi tikinti və nəqliyyat sektorlarındakı illik azalma ilə bağlıdır

Bakı. 15 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12 588,7 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5% az ümumi daxili məhsul istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub. Əlavə dəyərin 39%-i sənayedə, 13,3%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,4%-i tikinti, 6,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2%-i informasiya və rabitə, 16%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1 311,6 manata bərabər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi