Azərbaycan iqtisadiyyatı 2,4% böyüyüb

Azərbaycan iqtisadiyyatı 2,4% böyüyüb Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% artaraq 50 875,7 milyon manat təşkil edib.
Maliyyə
16 Sentyabr , 2019 11:32
Azərbaycan iqtisadiyyatı 2,4% böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% artaraq 50 875,7 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 3%, neft-qaz sektorunda isə 1,6% artım olub. 

ÜDM-in 43,6%-i sənaye, 10,3%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,4%-i nəqliyyat və anbar təsərrüfatı, 6%-i tikinti, 5,9%-i kənd və meşə təsərrüfatı, balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə, 14,6%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,9%-ni təşkil edib.

Son bir ildə əhalinin hər nəfərinə düşən ÜDM -in dəyəri isə 1,5% artaraq 5 145,1 manata bərabər olub.

Son xəbərlər

Orphus sistemi