​Azərbaycan investisiya layihələrinin büdcədən maliyyələşməsini 30% ixtisar edib

​Azərbaycan investisiya layihələrinin büdcədən maliyyələşməsini 30% ixtisar edib Deputat Vahid Əhmədov: "Ola bilsin ki, dövlət büdcəsinə yenidən baxılsın"
Maliyyə
19 Fevral , 2015 12:31
​Azərbaycan investisiya layihələrinin büdcədən maliyyələşməsini 30% ixtisar edib

Bakı. 19 fevral. REPORT.AZ/ Dünya bazarında neftinin qiymətinin kəskin ucuzlaşması səbəbindən Azərbaycanın 2015-ci il dövlət büdcəsinə yeniden baxıla bilər. "Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

V.Əhmədovun sözlərinə görə, dünya bazarında neftin ucuzlaşmasının Azərbaycanın dövlət büdcəsinə birbaşa təsiri 15% və ya 2,2 mlrd. manatdır: "Əgər neftin qiyməti 10% düşərsə bunun büdcəyə təsiri 240-250 mln. manat olur. Neft 30% ucuzlaşarsa - 750-800 mln. manat tesir deməkdir".

Millət vəkilinin fikrincə, bu Azərbaycan üçün ciddi problem yaratmır: "Amma ola bilsin ki, dövlət büdcəsinə yenidən baxılsın. Neftin qiymətinin düşməsi sosial layihələrə təsir etməyəcək və bu layihələrdə dəyişiklik gözlənilmir. Lakin investisiya layihələri üçün nəzərdə tutulan 7 mlrd. manatın 2 mlrd. manatından (təxminən 29%) hökumət imtina edib. Bura nəqliyyat və digər investisiya xərcləri daxildir".

Xatırladaq ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsində neftin baza qiyməti 90 dollar/barel səviyyəsində təsdiq edilib. Hazırda dünya bazarında "Brent" markalı neftin qiyməti 60-62 dollar/barel diapazonunda dəyişir.

Son xəbərlər

Orphus sistemi