Azərbaycan inflyasiya proqnozunu azaldıb

Azərbaycan inflyasiya proqnozunu azaldıb İqtisadiyyat və Sənaye Nazirliyi 2016-cı il üçün inflyasiya proqnozunu 3,3%-ə endirib
Maliyyə
22 Sentyabr , 2015 17:00
Azərbaycan inflyasiya proqnozunu azaldıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi inflyasiya ilə bağlı 2016-cı il üçün proqnozu 3,3%-dək azaldıb. "Report" bu barədə Azərbaycanın 2016-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin icmalına istinadən xəbər verir.

Qeyd edək ki, 2014-cü və sonrakı 3 il üzrə proqnozlarda 2015-ci il üçün inflyasiya 3,8%, 2016-cı il üçün 3,9%, 2017-ci il üçün isə 4,1% səviyyəsində proqnozlaşdırılıb. Daha sonra, 2015-ci ilin büdcə layihəsində builki inflyasiya proqnozu 2,3%-ə salınıb.

Qeyd edək ki, 2014-cü ildə inkişaf etmiş ölkələr (İEÖ) qrupu üzrə inflyasiya səviyyəsi 1,4%, inkişaf etməkdə olan ölkələr (İEOÖ) qrupu üzrə isə 5,1% olub. BVF-nin proqnozuna əsasən, İEOÖ üzrə inflyasiya 2015-2016-cı illər üzrə 5,5% və 4,8%, İEÖ üzrə isə müvafiq olaraq sabit və 1,2% gözlənilir.

"İEOÖ qrupu üzrə inflyasiyanın artım tempinin nisbətən zəifləməsi proqnozu yanacağa olan aşağı qiymətlərlə yanaşı, bu qrup ölkələrdə işgüzar fəallığın azalması ilə izah edilə bilər. Lakin buraya milli valyutaları əhəmiyyətli dərəcədə devalvasiyaya məruz qalmış ölkələr aid edilməməlidir", - deyə konsepsiyanın layihəsində bildirilir.

Son xəbərlər

Orphus sistemi