Yuxarı
    Bağlamaq

    Azərbaycan idman mərc oyunlarından əldə olunan uduşları vergidən azad edir

    Hazırda idman mərc oyunlarından əldə edilən uduşdan 10% vergi tutulur

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanın Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiqlənib.

    "Report"un verdiyi xəbərə görə, Vergi Məcəlləsində dəyişiklik idman mərc oyunlarından əldə olunan uduşların vergidən azad olunmasını nəzərdə tutur.

    Qeyd edək ki, hazırda idman mərc oyunlarından əldə edilən uduşdan 10% dərəcəsi ilə vergi tutulur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi