Azərbaycan İtaliyada maliyyə cinayətlərinin istintaqı ilə bağlı təcrübə mübadiləsi tədbirində iştirak edib

Azərbaycan İtaliyada maliyyə cinayətlərinin istintaqı ilə bağlı təcrübə mübadiləsi tədbirində iştirak edib Azərbaycanı tədbirdə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin əməkdaşı təmsil edib
Maliyyə
12 Fevral , 2015 13:57
Azərbaycan İtaliyada maliyyə cinayətlərinin istintaqı ilə bağlı təcrübə mübadiləsi tədbirində iştirak edib

Bakı. 12 fevral. REPORT.AZ/  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən (OECD) İtaliya Polis Akademiyasında “Maliyyə cinayətlərinin istintaqının aparılması” mövzusunda təcrübə mübadiləsi keçirilib.

"Report" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan da daxil olmaqla 19 ölkədən 37 nümayəndənin iştirak etdiyi tədbir iqtisadi cinayətlər və onların araşdırılmasına həsr olunan 15 modul üzərində qurulub. Hər bir modulun müzakirəsi zamanı Kanada, Danimarka, Norveç, Almaniya, Böyük Britaniya, ABŞ, Avstraliya, İtaliya və Hollandiyanın maliyyə, vergi, prokurorluq orqanlarından dəvət edilən mütəxəssislər tərəfindən təqdimatlar edilib.

Tədbirdə Azərbaycanı Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin əməkdaşı Emin Vəliyev təmsil edib.

Son xəbərlər

Orphus sistemi