"Azərbaycan" İstilik Elektrik Stansiyasının öhdəlikləri 10% azalıb

"Azərbaycan" İstilik Elektrik Stansiyasının öhdəlikləri 10% azalıb Müəssisənin aktivləri illik müqayisədə 1% azalaraq 490,6 mln. manata düşüb
Maliyyə
12 May , 2017 11:39
Azərbaycan İstilik Elektrik Stansiyasının öhdəlikləri 10% azalıb

Bakı. 12 may. REPORT.AZ/ “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin aktivləri illik müqayisədə 5 107 min manat yaxud 1,03% azalaraq 2017-ci il yanvarın 1-nə 490 550 min manata bərabər olub. "Report" xəbər verir ki, bu müddətdə Cəmiyyətin nizamnamə kapitalı dəyişməyərək 5 108 min manat təşkil edib.

"Azərbaycan" İstilik Elektrik Stansiyası 2016-cı ili 6 950 min manat zərərlə başa vurub və müəssisənin zərəri əvvəlki illə müqayisədə 6 082 min manat yaxud 8 dəfə artıb.

Hesabat ilində Cəmiyyətin enerji satışından gəlirləri 185 519 min manat təşkil edib. Bu da öz növbəsində 2015-ci ilin yekunu ilə müqayisədə 54 159 min manat yaxud 22,60% azalıb.

"Azərbaycan" İES-in cəmi öhdəlikləri 17 500 min manat yaxud 9,92% azalaraq 158 963 min manat olub.

Son xəbərlər

Orphus sistemi