​Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqrazları satışa çıxarır

​Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqrazları satışa çıxarır Qurum bu istiqraz emissiyasının yerləşdirilməsinə yanvarın 13-də başlanıldığını açıqlayıb
Maliyyə
3 İyul , 2015 14:08
​Azərbaycan İpoteka Fondunun daha 5 mln. manatlıq istiqrazları satışa çıxarır

Bakı. 3 iyul. REPORT.AZ/ İyulun 6-da Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq. Bu barədə "Report"a AİF-in mətbuat xidmətindən məlumat verilib. İstiqrazlar 101,45% qiyməti ilə satışa çıxarılacaq.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

İstiqrazların ödənmə tarixi 2024-cü il 21 noyabrdır. Qurum təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəyini istiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilatın Azərbaycan Mərkəzi Bankı olacağını açıqlayıb.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Depozitar və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının son emissiya prospekti 30 dekabr 2014-cü il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Qurum bu istiqrazların yerləşdirilməsinə bu ilin yanvarın 13-də başlanıldığını və hərraca bu günədək 21 mln. manat həcmində istiqraz yerləşdirildiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi