​Azərbaycan İpoteka Fondunun daha 3 mln. manatlıq istiqrazları yerləşdirilib

​Azərbaycan İpoteka Fondunun daha 3 mln. manatlıq istiqrazları yerləşdirilib İstiqrazların qiyməti 100,8417 manat olub
Maliyyə
25 Aprel , 2015 12:43
​Azərbaycan İpoteka Fondunun daha 3 mln. manatlıq istiqrazları yerləşdirilib

Bakı. 25 aprel. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazlarının 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. 

AİF-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ümumi həcmi 50 mln. manat təşkil edən, AZ 2009008684 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazların qiyməti 100,8417 manat olub.

Xatırladaq ki, BFB-da hərraca çıxarılmış istiqraz tranşı tam həcmdə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi