Azərbaycan İpoteka Fondunun daha 100 mln. manatlıq istiqraz emissiyası qeydiyyata alınıb

Azərbaycan İpoteka Fondunun daha 100 mln. manatlıq istiqraz emissiyası qeydiyyata alınıb Bu gün BFB-da keçirilən hərracda isə 20 mln. manat həcmində istiqrazlar yerləşdirilib
Maliyyə
10 Mart , 2017 18:07
Azərbaycan İpoteka Fondunun daha 100 mln. manatlıq istiqraz emissiyası qeydiyyata alınıb
Courtesy İmage

Bakı. 10 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1 000 manat olan 100 000 ədəd sənədsiz faizli ipoteka istiqrazlarının baza emissiya prospekti təsdiq edilib. Emissiyanın ümumi həcmi 100 mln. manat təşkil edir.

"Report" bu barədə Palataya istinadən xəbər verir.

Qeyd edək ki, bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərraca çıxarılan istiqrazların nominal qiymətlə həcmi 20 mln. manat təşkil edib. İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymələ 20 mln. manat təşkil etdib. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi