Azərbaycan İpoteka Fondunun 40 mln. manatlıq istiqrazlarına likvidlik verilib

Azərbaycan İpoteka Fondunun 40 mln. manatlıq istiqrazlarına likvidlik verilib Bakı. 2 noyabr. REPORT.AZ/ Noyabrın 1-də Bakı Fond Birjasında “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) istiqrazlarının alqı-satqısı üzrə 4 əqd bağlanılıb.
Maliyyə
2 Noyabr , 2017 12:23
Azərbaycan İpoteka Fondunun 40 mln. manatlıq istiqrazlarına likvidlik verilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Noyabrın 1-də Bakı Fond Birjasında “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) istiqrazlarının alqı-satqısı üzrə 4 əqd bağlanılıb.

“Report” BFB-yə istinadən xəbər verir ki, əqdlər fondun 40 min istiqrazının realizə edilməsini nəzərdə tutur.

Nominal dəyəri 1 000 manat olan qiymətli kağızlar 1 005,0119 manatdan “əl dəyişdirib”.

İstiqrazları alan investorun adı açıqlanmasa da, “Report” hesab edir ki, onları Azərbaycan Mərkəzi Bankı (AMB) əldə edib. Çünki qurum vaxtaşırı AİF-in yaradılması haqqında ölkə prezidentinin 27 oktyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq ipoteka istiqrazlarına likvidlik verir və ipoteka kreditləşməsinin sosialyönümlü layihə kimi əhəmiyyətini nəzərə alaraq istiqrazların təkrar bazarda alışını həyata keçirir.

Son xəbərlər

Orphus sistemi