"Azərbaycan İpoteka Fondu" tender elan edib

"Azərbaycan İpoteka Fondu" tender elan edib Tender fondun əməkdaşlarının tibbi sığortası üzrə keçirilir
Maliyyə
17 Noyabr , 2016 09:25
Azərbaycan İpoteka Fondu tender elan edib

Bakı. 17 noyabr. REPORT.AZ/ "Azərbaycan İpoteka fondu" ASC əməkdaşlarının tibbi sığortası üzrə tender elan edib. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 

Tenderdə iştirak haqqı 100 manatdır. İlkin sənədlər dekabrın 1-nə qədər, tender təklifləri isə dekabrın 12-nə qədər Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanında yerləşən inzibati binasına təqdim edilməlidir. 

Təkliflərə dekabrın 13-də, saat 15:00-da adı çəkilən ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi