Yuxarı

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

Hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq

Bakı. 8 iyun. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) AZ2009008684 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə 2015-ci ilin ilk hərracı keçiriləcək.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. İstiqrazlar 101,2167% qiyməti ilə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazların ilkin yerləşdirilməsində Mərkəzi Bank iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi